Dəyişdirmə, qaytarma və ya zədələnmiş məhsulla bağlı müraciətinizi sifariş məlumatları ilə birlikdə bizə göndərin.

4 addımda müraciət

  1. Məlumatları hazırlayın. Sifariş nömrəsini, məhsulun adını və müraciətin səbəbini qeyd edin. Qüsur, zədə və ya natamam dəst varsa, foto əlavə edin.
  2. Müraciəti göndərin. WhatsApp və ya e-poçtdan istifadə edin. Yazışmanı və alış sənədini saxlayın.
  3. Təhvil qaydasını dəqiqləşdirin. Məhsulu göndərməzdən əvvəl ünvanı və qaytarma üsulunu bizimlə dəqiqləşdirin. Daşınma xərci barədə aşağıdakı qaydaya baxın.
  4. Nəticəni izləyin. Dəyişdirmə və ya geriödəniş barədə məlumat almaq üçün sifariş nömrənizi bildirin.

Dəyişdirmə və qaytarma hüququ

Qanunvericilikdə nəzərdə tutulan şərtlər və istisnalar daxilində, lazımi keyfiyyətli qeyri-ərzaq malı ölçü, forma və ya rəng kimi səbəblərlə uyğun gəlmədikdə, alındığı gün hesablanmadan 14 gün ərzində uyğun mala dəyişdirmə hüququ tətbiq olunur. Dəyişdirmə zamanı uyğun mal yoxdursa, qanunda nəzərdə tutulan digər seçimlər, o cümlədən pulun qaytarılması mümkündür.

Qüsurlu mallara dair hüquqlar ayrıca tətbiq olunur. Məhsulun endirimlə alınması qanuni istehlakçı hüquqlarını aradan qaldırmır.

Məhsulu, komplektasiyasını və alış sənədini saxlayın. Bu səhifə qanunvericiliklə verilmiş hüquqları məhdudlaşdırmır.

Dəyişdirmə və qaytarma barədə rəsmi məlumat

Qaytarma üçün daşınma xərci

Emsa Home-un səhvi nəticəsində sizə zədələnmiş, qüsurlu və ya səhv məhsul çatdırılıbsa, qaytarma üçün daşınma xərci Emsa Home tərəfindən qarşılanır.

Digər səbəblərlə qaytarma zamanı daşınma xərci barədə məhsulu göndərməzdən əvvəl bizimlə dəqiqləşdirin.

Rəsmi zəmanət

Rəsmi zəmanət yalnız elektronika məhsullarına verilir. Zəmanət müddəti və şərtləri barədə seçdiyiniz məhsul üzrə məlumatı və zəmanət sənədini yoxlayın; əlavə sualınız varsa, bizimlə əlaqə saxlayın.

Geriödəniş barədə

Müraciətiniz üzrə geriödəniş üsulunu, tətbiq olunan müddəti və əməliyyatın vəziyyətini bizimlə dəqiqləşdirin. Kartla ödəniş etmisinizsə, müraciətdə bunu qeyd edin.

Sifarişin sistemdəki statusuna baxın →

Əlaqə